Almaniyada studienkolleg, bakalavr və magistr təhsil pilləri üzrə xidmət göstəririk və 2 növ xidmətimiz mövcuddur.


- Studienkolleg - Almaniyada dövlət tərəfindən yaradılan xüsusi bir illik təhsil pilləsidir, hansı ki burada xarici tələbələr bakalavra müraciət üçün çatışmayan 1 ili əldə edə bilərlər. Studienkolleclərdə 4 kurs təklif olunur, onlardan birini seçərək, sonrakı universitet təhsili sahənizi müəyyənləşdirmiş olursunuz. Burada M-kurs (Tibb, biologiya, kimya, psixologiya və yaxın ixtisaslar), T-kurs (texniki ixtisaslar, əsasən mühəndilsik), W-kurs (iqtisadiyyat ixtisasları), G-kurs (humanitar ixtisaslar, hüquq, beynalxalq münasibətlər və s .) təklif olunur. Studienkollegdə təhsil ancaq almancadır və müraciət üçün B1-B2 alman dili sertifikatı lazımdır. Həmçinin Studienkollecə müraciətdən sonra qəbul imtahanı olur, humanitar sahələr üzrə ancaq alman dilindən, texniki sahələr üzrə, həm riyaziyyat, həm də alman dilindən. İmtahan adətən avqust ayında baş tutur və bunun üçün Almaniyaya getmək lazımdır. Studienkollecdə təhsil zamanı seçdiyiniz sahə üzrə 4 əsas fənndən və alman dilindən dərs keçirilir və 2 semesterlik təhsildən sonra yekun FSP imtahanı verilir. Həmin imtahan və atestatın nəticələrinin ortalama balı əsasında və alman dili sertifikatı əsasında siz dövlət universitetlərin bakalavr pilləsinə müraciət edə bilərsiniz. 


- Bakalavr təhsili almaq üçün minimum 12 illik təhsil tələb olunur. Bunun 11 ili – Orta məktəbdirsə, əlavə 1 ili ya Azərbaycanda hər hansı bir universitetdə və ya Almaniyada Studienkollegdə təhsil almalısız.  Bakalavr üçün əksər ixtisaslar almanca təklif olunur həmçinin,  ingilis dilində İqtisadiyyat, Business, Müəyyən mühəndislik ixtisasları, məsələn, mechanical engineering, communication engineering(rabitə mühəndisliyi) və s., British/American studies ixtisasları var. Xüsusi ilə tibb ancaq alman dilindədir. Əgər ingiliscə təhsil alacaqsızsa, İELTS, TOEFL sertifikatları, almanca isə Testdaf və ya Telc C1 Hochschule sertifikatları olmalıdır.


- Almaniyada magistr təhsili almaq üçün ilk növbədə bakalavr təhsiliniz olmalıdır, bakalavr təhsilinizin ortalama balı 75 % dan yuxarı olmalıdır. Əgər ingiliscə təhsil alacaqsınızsa, İELTS, TOEFL sertifikatları, almanca isə Testdaf və ya Telc C1 Hochschule sertifikatları olmalıdır. Əgər bakalavr təhsiliniz ingiliscə olubsa, 80 % Universitetlər sizi sertifikatsız qəbul edə bilər və burada İELTS, TOEFL almağa ehtiyac yoxdur. Bakalavrdan fərqli olaraq magistrda daha çox ixtisaslar tapmaq olar. Tələbələrimizin 60 %-dən çoxu Almaniyada ödənişsiz ingiliscə təhsil alır.


Xidmət paketimiz 2 növdür:

1) Full-Support

2) Self-Apply


İlk paket "Full-Support" paketidir və burada bütün prosseslər - universitetlərin və ixtisasların fərdi seçimi, sənədlərin hazırlanması, sənədlərin poçtla göndərilməsi, universitetlərə müraciət, cv və tövsiyə məktubunun hazırlanması,  yataqxanaya müraciət, bank hesabının açılması,  viza dəstəyi, qəbuldan sonrakı qeydiyyat prosesi və zəmanətli müqavilənin bağlanması.  A-dan Z-ə proseslərin hamısı bizim təhsil mütəxəssisilərimiz tərəfindən icra edilir. Artıq 300-ə yaxın tələbənin xaricdə təhsil arzularını reallaşdırmışıq.



Digər paketimiz isə “Self-Apply"-dır. Bu proqramda mütəxəssislərimiz tərəfindən universitet seçimi, sənədlərin toplanması, müraciət və s. prosseslər tələbələrə öyrədilir və artıq siz özünüz müstəqil şəkildə müraciət edə bilirsiniz və bütün prosses mütəxəssislərimiz tərəfindən yoxlanılır və tam nəzarət olunur. Proqram 10 təlimdən ibarətdir. Self-apply proqramı özü öz qəbulunu almaq və bu prosesdə birbaşa iştirak etmək istəyən tələbələr üçün əla fürsətdir. Ölkədə yeganə məhsuldur ki, sizə nəinki qəbul almağınıza, həmçinin bu işə hakim olmağınıza və işin detallarını bilməyinizə kömək edəcəkdir. Self-Apply proqramımız uzun müddətdir ki, tələbələrin istifadəsinə verilib və 25 nəfər məzun artıq öz qəbullarını özləri alıb və istədikləri universitetlərə daxil olublar.

Studentkolleg: 

- Dövlət məktəblərində ödənişsizdir

- Özəl məktəblərdə 6000 euro-dur.


Bakalavr və Magistr:

- Dövlət universitetləri ödənişsizdir

- Özəl universitetlərdə ödəniş universitetdən asılı olaraq dəyişir


Full-Support: 2500 AZN


Self-Apply: 750 AZN

Yes

No